28 il icra olunmayan BMT TŞ-nın qətnamələrini özü icra edir, Fransızlar isə bizi aqressor adlandırırlar 28 il icra olunmayan BMT TŞ-nın qətnamələrini özü icra edir, Fransızlar isə bizi aqressor adlandırırlar
  • Tribuna
  • 26 Noyabr 2020 16:00
  •  6 084

“Bu Fransa Senatının oyuncaq qurum olduğunu sübut etdi” - Deputat

28 il icra olunmayan BMT TŞ-nın qətnamələrini özü icra edir, Fransızlar isə bizi aqressor adlandırırlar

“Fransa Senatı Azərbaycana qarşı Fransaya utancverici və qərəzli qətnaməsini qəbu etdi. Qətnamədə Fransa Senatı Fransa hökumətinə Qondarma Dağlıq Qarabağ qurumunu tanınmasını tövsiyyə edir. Həm də Azərbaycanı Qarabağa qarşı hərbi aqresiyada ittiham edirlər”.

Bu sözləri Milli Məclisin deputatı Azər Badamov AzNews.az-a açıqlamasında Fransa Senatının dünən qəbul etdiyi qərarına münasibət bildirən zaman deyib:

“Birincisi onu qeyd edim ki, Fransa Senatının qəbul etdiyi bizim üçün adi kağız parçasından başqa bir şey deyil. Qətnamədə Fransa Senatı üzvləri Azərbaycana və Tükiyəyə olan qərəzini ifadə ediblər. Azərbaycan dünya tərəfindən tanınmış öz ərazi bütövlüyünü bərpa edir. 28 il icra olunmayan BMT TŞ-nın qətnamələrini özü icra edir, Fransızlar isə bizi aqressor adlandırırlar. Ermənilər Azərbaycan torpaqlarının 20%-ni işğal edəndə, 1 milyon soyadaşımızı qaçqın-köçkün edəndə, mülkü insanların əmlaklarını məhv edəndə, bizə qarşı soyqırımlar törədəndə, işğal etdiyi torpaqlarda ekoloji fəlakətlər törədəndə Fransa Senatının gözü bunları görmürdü? Yoxsa, fransızlar bizi insan hesab etmirlər? Öz əllərini afrikalıların qanına batmış, milyonlarla insanı soyqırıma məruz saxlamış fransızların bu hərəkəti bir daha onu deməyə imkan verir ki, onlar özlərini hamıdan üstün hesab edirlər. Fransızlar bilməlidirlər ki, Azərbaycan üçün onlar heç kimdir. Xüsusilə o senatorların ermənilərin girovuna çevrilməsi Fransa Senatının oyuncaq qurum olduğunu sübut etdi və bizim üçün o qətnaməyə imza atanlarla ermənilər arasında heç bir fəqri yoxdur".

Deputat erməni lobbisinin əsirinə çevrilmiş Fransa Senatından ayrı bir hərəkət gözləmədiyini bildirib:

"Çünki, Fransa bu illər ərzində Minsk Qrupun həmsədri olaraq münaqişənin sülh yolu ilə həll olunmasına töhvə verməli idi. Amma biz bunun əksini gördük. Fransa çalışdı ki, münaqişə donmuş vəziyyətdə qalsın və işğal həmişəlik davam etməklə Azərbaycanı mövcud status-kvoyla razılaşdırsın. Təbii ki, bu Fransanın indi bilinən mövqeyidir. Qəbul olunmuş qətnamə heç də Fransa hökumətinin müəyyənləşdirəcəyi siyasəti demək deyil. Əgər Fransa hökuməti Senatın qəbul etdiyi qətnaməsinə uyğun addım atmalı olarsa, Azərbaycan da öz beynəlxalq hüququndan istifadə edərək Fransanın həmsədrliyindən imtina etməli, Fransa-Azərbaycan əlaqələrinə yenidən baxmalı olduğumuzu düşünürəm. Biz lazım gələrsə fransızlarsız da yaşaya bilərik”.

Səidə

AzNews.az