- Tribuna
- 25 Aprel 2021 14:38
- 10 467
Deputat: "Bu, ABŞ üçün böyük bir itkidir"
ABŞ-ın milli təhlükəsizlik maraqlarına xələl gətirir
“Türkiyənin NATO-dan çıxması ilk növbədə Amerika ilə ikitərəfli münasibətlərə zərər gətirəcək”.
AzNews.az bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. O bildirib ki, bu gün Türkiyədə “İncirlik” hərbi bazasının Amerikadan azad bölünməsi tələb olunur. Bu, ABŞ üçün böyük bir itkidir. ABŞ-ın milli təhlükəsizlik maraqlarına xələl gətirir:
“ABŞ tarixi saxtalaşdıran “erməni soyqırımı” ifadəsini işlətməklə müttəfiqinə qarşı yalnış addım atdı. Cənub cinahında NATO-nun ən güclü hərbi qüvvəsi Türkiyədir. Türkiyə uzun illərdir bu istiqamətdə NATO-nun təhlükəsizliyini təmin edir. Baydenin soyqırımı ifadəsi müttəfiqinə qarşı haqsızlıq, tarixə qarşı yalnış siyasi baxışdır və Amerikanın milli təhlükəsizlik maraqlarına zərbədir.
Soyqırımı ifadəsinin işlədilməsi ikitərəfli münasibətlərə xələl gətirən böyük səhvdir”.