Azərbaycan hər şeyi geridə qoyub, münasibətləri inkişaf etdirməyə hazırdır Azərbaycan hər şeyi geridə qoyub, münasibətləri inkişaf etdirməyə hazırdır
  • Tribuna
  • 28 Aprel 2021 15:42
  •  12 137

Azərbaycan bəzi ölkələrlə əlaqələri yenidən gözdən keçirəcək - Fərid Şəfiyev

Azərbaycan hər şeyi geridə qoyub, münasibətləri inkişaf etdirməyə hazırdır

“Azərbaycan belə ölkələrlə əlaqələrini yenidən gözdən keçirəcək”.

AzNews.az bildirir ki, bu sözləri Modern.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev separatçıları dəstəkləyən ölkələrə Azərbaycanın münasibəti barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan hər şeyi geridə qoyub, münasibətləri inkişaf etdirməyə hazırdır:

“Bəzi ölkələrdə siyasətçilər Azərbaycana qarşı çıxış edib. Yəni hökumət tərəfindən Azərbaycana qarşı hər hansı bir bəyanat qəbul olunmayıb. Fransa, Kanada və Hollandiyada isə Xarici İşlər Nazirliyi Azərbaycana qarşı bəyanatla çıxış edib.

Təəssüflər olsun ki, Fransa, Kanada hələ də Azərbaycana qarşı bəyanatları davam etdiri. Bu ölkələr haqqında hansısa tədbirlər görülməlidir. Belə getsə, Azərbaycan bu ölkələrlə əlaqələrini müvafiq şəkildə quracaq

Hansısa ölkə Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyirsə, biz bu məsələyə açığıq. Çünki hər şey keçmişdə qaldı. Cənab prezident İlham Əliyev qeyd edib ki, Azərbaycana qarşı çıxış edən ölkələrlə belə əməkdaşlığa inkişaf etdirməyə hazırdır”.