Yeni sahə hamı üçün çətindir Yeni sahə hamı üçün çətindir
  • Tribuna
  • 5 May 2021 15:19
  •  11 413

“Mənim üçün yeni sahədir” - “Space”in rəhbəri

Yeni sahə hamı üçün çətindir

“Bu, mənim üçün yeni sahədir. Çalışacağam ki, öhdəsindən gəlim”.

AzNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında “Space” kanalına yeni rəhbər təyin edilmiş Ülviyyə Mikayılova deyib. O, kanalın rəhbərliyinin ona həvalə edilməsini böyük etimad kimi qiymətləndirib: “Bu vəzifə həm də çox böyük məsuliyyətdir. Mən çalışacağam ki, vəzifəmin öhdəsindən gəlim. Kanalda hansı yeniliklər edəcəyim barədə danışmaq hələ tezdir. Gedib işimlə tanış olduqdan sonra bu barədə danışa bilərəm.

Yeni sahə hamı üçün çətindir. Amma ümidvaram ki, bu işin də öhdəsindən gələcəyəm”.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü Ü. Mikayılova eyni zamanda ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.