Vüqar İskəndərov: “Bizim mövqeyimiz budur ki, sərhədlər müəyyənləşərkən tarix əsas götürülsün” Vüqar İskəndərov: “Bizim mövqeyimiz budur ki, sərhədlər müəyyənləşərkən tarix əsas götürülsün”

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq konfransı beynəlxalq aləmdə rezonans doğuran konfrans kimi yadda qalacaq”

Vüqar İskəndərov: “Bizim mövqeyimiz budur ki, sərhədlər müəyyənləşərkən tarix əsas götürülsün”

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı ilə bağlı millət vəkili Vüqar İskəndərov AzNews.az analitik-informasiya portalına danışıb.

Deputat bildirib ki, hər zaman olduğu kimi cənab Prezidentin konfransdakı geniş çıxışında bir çox vacib məsələlərə toxunub.

“Bunlar həm münaqişə dövründə olan məsələləri, həm 44 günlük Vətən müharibəsi zamanını, dünyada və regionda cərəyan edən hadisələri, həm də post-müharibə dövründə yeni çağırışları, görüləcək işləri, sülh müqaviləsinin imzalanması kimi vacib məsələri əhatə edib.
Cənab Prezident bildirdi ki, Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsiplərinə müsbət cavab verib. Bu o deməkdir ki, Ermənistan 5 baza prinsiplərini qəbul edib. Bu prinsiplər Ermənistanla sülh razılaşmasını özündə ehtiva edir. Vacib məsələrdən biri olan Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiyanın yaradılması razılıqdan danışıb. Söyləyib ki, əgər həmin baza prinsipləri əsasında sülh müqaviləsi imzalansa, Qafqazda uzunmüddətli, dayanıqlı sülh olar. Bu çox vacib məsələlərdir.
Bizim istəyimiz də regionada sülhün gəlməsidir.

Millət vəkili qeyd edib ki, Cənab Prezident Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesi zamanı xəritələrdən istifadə ilə bağlı maraqlı məqama toxunub.

“Sərhədlərlə bağlı bir çox xəritələr mövcuddur. Ancaq bizim mövqeyimiz budur ki, sərhədlər müəyyənləşərkən tarix əsas götürülsün. Mövqeyimiz sərhədlər delimitasiya olunduqda 1918-ci ildən başlayaraq , 1991-ci il SSRİ-nın çöküşünə qədər olan müddətin xəritələri əsas götürülməyidir.

Eyni zamanda ölkə başçısı qonşu ölkələr arasında münasibətlərdən danışaraq vurğuladı ki, Ermənistana silah daşıyan təyyarələr Qazaxıstan, Türkmənistan üzərindən uçurdu”.

Vüqar İskəndərov konfransın Azərbaycanın bugünkü mövqeyi və dayanıqlı sülhə söykənən siyasəti barəsində hətta beynəlxalq aləmdə rezonans doğuran konfrans kimi yadda qalacağını əlavə edib.

Şəbnəm Zahir