Azərbaycan artıq beynəlxalq münasibətlər, beynəlxalq ticarət, beynəlxalq nəqliyyat infrastruturunun tam mərkəzində olmağa nail olub Azərbaycan artıq beynəlxalq münasibətlər, beynəlxalq ticarət, beynəlxalq nəqliyyat infrastruturunun tam mərkəzində olmağa nail olub
  • Tribuna
  • 20 May 2022 15:49
  •  15 643

“Ölkəmizin iqtisadi potensialı çox sürətlə artır”- Deputat

Azərbaycan artıq beynəlxalq münasibətlər, beynəlxalq ticarət, beynəlxalq nəqliyyat infrastruturunun tam mərkəzində olmağa nail olub

“Prezident İlham Əliyevin Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı qeyd etdiyi məsələlərdən də göründüyü kimi ölkəmizin iqtisadi potensialı çox sürətlə artır. Istər pandemiya istərsə də müharibədən sonrakı dövrdə iqtisadiyyatda atılan çevik addımlar bu gün iqtisadi sahədə durğunluğun geriləmənin yaranmasına imkan vermir”.

Bunu deputat Vüqar İskəndərov açıqlamasında deyib:

“Cari ilin dörd ayının nəticələrinə nəzər saldıqda göründüyümüz kimi ölkə iqtisadiyyatı 7,2 faiz artıb. Qeyri-neft sektoru ilə bağlı isə göstəricilər daha yüksəkdir. Burada artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xarici investorların olub olmamasından asılı olmayaraq, öz gücü ilə həm əhalinin rifahının yüksəldilməsinə nail olacaq, həmçinin də Qarabağda quruculuq işləri həyata keçirə biləcək. Uzun illərin düşünülmüş siyasəti və iqtisadi sahədə atılan addımlar bu gün Azərbaycana hər bir çətinlikdən yayınmağa imkan yaradır. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas prioritetdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi artıq yekunlaşıb. Beynəlxalq nəqliyyat infrastrukturu ölkəyə yeni investisiya axının istiqamətlənməsinə təşviq edir. Cənab prezidentin də qeyd etdiyi kimi coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaradılıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bu baxımdan Azərbaycan artıq beynəlxalq münasibətlər, beynəlxalq ticarət, beynəlxalq nəqliyyat infrastruturunun tam mərkəzində olmağa nail olub”.