"Möhtərəm Prezidenti­miz ermənilərə və dünya erməniliyinə bir daha ciddi mesaj göndərdi" "Möhtərəm Prezidenti­miz ermənilərə və dünya erməniliyinə bir daha ciddi mesaj göndərdi"
  • Tribuna
  • 19 İyun 2022 15:53
  •  9 266

"Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır" - Çingiz QƏNİZADƏ

"Möhtərəm Prezidenti­miz ermənilərə və dünya erməniliyinə bir daha ciddi mesaj göndərdi"

Azərbaycan artıq dünyada nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkan kimi tanınır. İşğaldan azad edilmiş torpaqlarımızda da beynəlxalq əhəmiyyətli konfransların və idman yarışlarının keçirilməsi ölkəmizə olan inam və etimadın göstəricisidir. Bu günlərdə dünya ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönəlib. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi ölkəmizin dünyada etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi.

Dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirakı tədbirin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verirdi. Prezident İlham Əliyev forumdakı nitqində bir daha diqqətə çatdırdı ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək. Dövlət başçısı, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ərzində qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq insti­tutlardan birinə çevrildiyni bildirdi: “Biz idarə heyətinin üzvləri ilə dünən görüşdük və mənə məlumat verildi ki, IX Forumda, demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nüma­yiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var”.

Hazırkı dövrdə enerji təhlükəsizliyinə dair təhdidlər, Rusiya–Ukrayna müharibəsi, münaqişələrin alovlanması, miqrant axının daha geniş vüsət alması, qaçqınlar və yenidənqurma, Cənubi Qafqazda barış, əməkdaşlıq və inteq­rasiya, insan hüquqlarının pozulması, ərzaq təhlükəsizliyi, yoxsulluq problemləri və digər fundamental təhdidlər ciddi narahatlıq yara­dıb. Bu baxımdan Bakıda 9-cu dəfə keçirilən Qlobal Forumu Davos İqtisadi Forumu və Münxen Təhlikəsizlik Konfransı ilə müqayisə etmək olar. Lakin bir faktı diqqətə çatdırmaq istərdim. Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı müvafiq olaraq iqtisadi və təhlükəsizlik məsələlərini əhatə edir. Bakı Qlobal Forumu isə siyasi, qlobal və universal xarakter daşıyır. Bununla yanaşı, həmçinin beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, hu­manitar və digər məsələləri gündəmdə saxlayır.

Dövlət başçımızın nitqi beynəlxalq aləmdə böyük maraqla izlənildi. Möhtərəm Prezidenti­miz ermənilərə və dünya erməniliyinə bir daha ciddi mesaj göndərdi. O, üçtərəfli bəyanatın müddəalarının yerinə yetirlməsinin vacib oldu­ğunu bildirdi. Həmçinin qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirliməsi sülh və sabitliyin təmin olunmasının təməl sütunudur.

Möhtərəm Pezidentimizin ATƏT-in Minsk qrupu, status məsələsinin müzakirə mövzusu olmadığı və bunun postmüharibə dövründə heç bir sənəddə öz əksini tapmaması barədə fikirləri ermənipərəst qüvvələrə sərt xəbərdarlıq oldu: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, Aərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına al­mağa tam əsası olacaq. Bunun üçün siyasi, tari­xi, hüquqi və digər əsaslar var. Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır”.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru