Müstəqil media resurslarının kiberhücumlara qarşı qorunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub

Müstəqil media resurslarının kiberhücumlara qarşı qorunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub.

Bu təkliflə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirdiyi ictimai müzakirədə çıxış edib.

O qeyd edib ki, dövlət qurumlarının onlayn resursları qorunur, amma müstəqil resurslarla bağlı belə mexanizm yoxdur:

“Onların qanunvericilik çərçivəsində qorunması təşkil edilə bilər”.