Ümumilikdə 82 hərbi qulluqçu həbs edilib. Ümumilikdə 82 hərbi qulluqçu həbs edilib.

Türkiyədə 82 hərbçi tutuldu

Ümumilikdə 82 hərbi qulluqçu həbs edilib.

Türkiyə Cümhuriyyətinin Hava Qüvvələri Komandanlığında FETO işilə bağlı aparılan araşdırma çərçivəsində 82 hərbçi nəzarətə götürülüb.

Ankara Respublika Prokurorluğunun yaydığı məlumatda Hava Qüvvələri Komandanlığında xidmət edən hərbi qulluqçuların FETO-çu imamlarla əlaqələri üzə çıxıb.

FETO ilə əlaqələri təsbit edilmiş 1 kapitan, 1 baş leytenant və müxtəlif vəzifələrdə xidmət edən 80 zabit daxil olmaqla, ümumilikdə 82 hərbi qulluqçu həbs edilib.

Ankara Təhlükəsizlik İdarəsi Mütəşəkkil Qurplaşmalarla Mübarizə Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.(teleqraf.com)

© AzNews.az