Türkiyənin haqları mövzusunda sonuna qədər qərarlı və aktiv bir siyasət davam etdirəcəklərini vurğulayıb Türkiyənin haqları mövzusunda sonuna qədər qərarlı və aktiv bir siyasət davam etdirəcəklərini vurğulayıb

Ərdoğan Merkellə görüşdü

Türkiyənin haqları mövzusunda sonuna qədər qərarlı və aktiv bir siyasət davam etdirəcəklərini vurğulayıb

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın Almaniyanın baş naziri Angela Merkel ilə görüşü baş tutub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Rabitə Müdirliyindən verilən açıqlamaya görə, Türkiyə-Almaniya münasibətləri və regional inkişafların müzakirə olunduğu görüşdə prezident Ərdoğan, Şərqi Aralıq dənizindəki konstruktiv və mübahisələrə əsaslanmadığı təqdirdə anlaşılmazlığın danışıqlar və uzlaşma yolu ilə həll edilə biləcəyini dilə gətirib.

Avropa dövlətlərinin Şərqi Aralıq dənizi məsələsində adil və tutarlı davranmalarının vacib olduğuna işarət edən Ərdoğanın Türkiyənin haqları mövzusunda sonuna qədər qərarlı və aktiv bir siyasət davam etdirəcəklərini vurğulayıb.

İclasda Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə Naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının Başçısı Hakan Fidan, Rabitə başçısı Fahrettin Altun, prezidentin mətbuat spikeri İbrahim Kalın və prezidentin şəxsi katibi Həsən Doğan da iştirak etdilər.

Səidə Vahid

AzNews.az