Türkiyədə zəlzələ oldu

Dağıntı və itki barədə hər hansı məlumatın daxil olmadığı bildirilir

Türkiyənin Balıkesir şəhərində 4,1 bal gücündə zəlzələ olub.

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ mərkəzi Susurluk rayonunda 7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və itki barədə hər hansı məlumatın daxil olmadığı bildirilir.