İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başlamasından narazılıq çatdırılıb İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başlamasından narazılıq çatdırılıb

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başlamasından narazılıq çatdırılıb

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

AzNews.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən xəbər yayıb. Səfirə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına yazdığı iddiaların hər iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi və bununla da İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başlamasından narazılıq çatdırılıb.

Bundan başqa, belə bir yanaşma tərzinin Türkiyə ilə İran arasındakı yaxın əlaqələrə münasib olmadığı, bu əlaqələri pozmaq istəyən dairələrin maraqlarına xidmət edəcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şeir səbəbindən Türkiyənin Tehrandakı səfiri Dərya Örs İran XİN-ə çağırılmışdı.