- Türkiyə
- 11 Avqust 2021 17:09
- 5 054
FHN Muğlada yeni yanğın ocaqlarını söndürür
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və xüsusi xilasetmə qrupu Muğlanın Köyceyiz rayonundaki Çayhisar və Otmanlar kəndində başlayan meşə yanğınlarının söndürülməsi işlərinə davam edir
Yaşıllıq zolaqlarında davam edən yanğınların daha da yayılmasının qarşısının operativ sürətdə alınması məqsədilə FHN-ə məxsus texnikalar, ərazidə xüsusi yaradılmış su çənləri və artezian quyuları vasitəsilə yanğın nöqtələrini söndürməkdədir.
Qeyd edək ki, FHN-in yanğınsöndürmə briqadaları və xüsusi xilasetmə qrupu alışma nöqtəsindəki yanğına xüsusi texnikalar, helikopterlər və canlı qüvvə ilə müdaxilə etməkdədir.