Səfir Rəşad Məmmədov: "Azərbaycanla Türkiyə bir-birinə əkiz qardaş kimi dəstək verir"

"Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan əsgərinin qarşısına üçüncü dövlətin əsgəri çıxdığı zaman Türk əsgərilə qarşılaşacaq" sözləri bütün dünyanı dayandrdı"

"Azərbaycanda savaş başlayanda zaman göstərdi ki, dostumuz kimdir? Müharibə başlayan gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan əsgərinin qarşısına üçüncü dövlətin əsgəri çıxdığı zaman Türk əsgərilə qarşılaşacaq" sözləri bütün dünyanı dayandrdı".

Aznews.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov bildirib.

Səfir bu fikirləri Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə II Qarabağ Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Vətən Müharibəsi başlayan gündən 83 milyonluq Türkiyə xalqının 10 milyonluq Azərbaycan xalqı üçün ayağa qalxdğını xatırladan səfir deyib ki, bu davranış bir daha sübut etdi ki, yenə də Azərbaycanla Türkiyə əkiz qardaş kimi bir-birinə dəstək verir: “Türkiyədə milyonlarla Azərbaycan bayrağı qaldırılmaqla dünyaya göstərildi ki, ölkəmiz tək deyil. Çanaqqalada Azərbaycan övladlarının qanı töküldüyü kimi, Qafqaz İslam Ordusunun Azərbaycan ordusu ilə birgə Bakını işğaldan azad etdiyi kimi, bu dəfə də Türkiyə bizi tək qoymadı. Azərbaycan ordusu torpaqlarımızı azad etməklə bir milyonluq qaçqınımız öz torpaqlarına qayıtmaq imkanı qazandı. Türkiyə ilə Azərbaycanın qardaşlığının təməli əsirlər əvvəldən qoyulub. Biz planetin 7 min müxtəlif xalqından biriyik və xoşbəxtik. Dünyanın 200 dövlətindən ikisi bizim dövlətlərimizidir. Biz bu qardaşlığı necə min illər boyunca qorumuşuq, yenə də qoruyacağıq. Böyük Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" fikrini xatırlayaq. Eləcə də ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" deyimi ilə növbəti 100 illik münasibətimizin təməli qoyulub".

Səfir II Qarabağ Müharibəsi Şəhidlərinə rəhmət diləyib:

"Bu gün bizim başı uca gəzməyimizin səbəbkarı onlardır. Allah şəhidlərimizə rəhmət eləsin."

Qeyd edək ki, tədbirdə TADİV başqanı Aygün Əttar, Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbər Şamil Ayrım, Ankara Universitetinin rektoru, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, hərbi ekspert general Yücel Karaüz çıxış ediblər.

Tədbirdə Ankara Opera və Balet teatrının solisti Nailə Əhmədovanın müşayiəti ilə klassik musiqilər səsləndirilib.

image description image description image description image description image description