- Türkiyə
- 6 Fevral 2022 19:48
- 5 027
Hulusi Akar koronavirusa yoluxub
COVID-19 testinin pozitiv çıxdığını vurğulayan türkiyəli nazir səhhətinin yaxşı olduğunu qeyd edib
Türkiyənin milli müdafiə naziri Hulusi Akar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
COVID-19 testinin pozitiv çıxdığını vurğulayan türkiyəli nazir səhhətinin yaxşı olduğunu qeyd edib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti və xanımı koronavirusun Omicron ştamına yoluxub.