Kalın: "Qara nəfəsinizlə Allahın nurunu söndürə bilməzsiniz"

"İsveçdən sonra Niderlandda müqəddəs kitabımız Quranı hədəf alan hücumu şiddətlə qınayırıq. Qara nəfəsinizlə Allahın nurunu söndürə bilməzsiniz".

AzNews.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Niderlandda yaşanan qalmaqaldan sonra sosial media hesabında yazıb.

"Heç kim bu faşist nifrət cinayətini azadlıq və tolerantlıq kimi müdafiə edə bilməz. Avropa bu qaranlıq tendensiyaya son qoymalıdır", - deyə o bildirib.

Pərvanə