Qanunsuz yollarla Türkiyəyə daxil olmağa çalışan 27 nəfər saxlanılıb

"Yunanıstandan zorla ölkəmizə göndərilməyə çalışan 27 nəfərin qarşısı sərhədçilərimiz tərəfindən alınıb. Araşdırmada həmin şəxslərdən birinin PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib".

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Bundan başqa ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 3 nəfər saxlanılıb Araşdırmalar zamanı həmin şəxslərdən ikisinin PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib", - deyə məlumatda qeyd olunub.

Pərvanə