Türkiyədə mədənin yerləşdiyi ərazidə sürüşmə baş verib

Ərzincanın İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi baş verib.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya, "667 işçimizdən 9-nun itkin olduğunu və torpaq altında qaldığını düşünürük",-deyə qeyd edib.

Çöplər kəndində qızıl mədəninin yerləşdiyi ərazidə geniş bir ərazidə torpaq sürüşməsinin baş verdiyi xəbəri üzərinə hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu göndərilib.

Torpaq altında qalmış insanların ola biləcəyi ehtimalını nəzərə alan qruplar ərazidə axtarış-xilasetmə işlərinə başlayıb.

Mövsüm

Aznews.az