Ərdoğan Misirə gedəcək

Prezident Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra Misirə rəsmi səfər edəcək.

Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə ikitərəfli əlaqələr, həmçinin İsrailin Fələstinə hücumları və regional məsələlər müzakirə olunacaq. Görüşün əsas gündəmi Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı olacaq.

Yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması çərçivəsində atılacaq addımlar müzakirə olunacaq. Ticarət, müdafiə, enerji və turizm kimi müxtəlif sahələrdəki imkanlar qiymətləndiriləcək.

Mövsüm

Aznews.az