Türkiyədə xəstəxana yaxınlığında baş verən atışmada 7 nəfər yaralanıb

Türkiyənin Dənizli vilayətində iki naməlum şəxs universitet xəstəxanası qarşısında atəş açıb, 7 nəfər yaralanıb.

Bu barədə "NTV" telekanalı məlumat yayıb.

"Dənizlidə iki nəfər Pamukkale Universiteti Xəstəxanasının təcili yardım şöbəsinin girişindəki yeməkxanaya atəş açıb", - məlumatda deyilir.

Qeyd olunur ki, iki zərərçəkənin vəziyyəti ağırdır, bütün yaralılara lazımi yardım göstərilir. Şüphəlilərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Mövsüm

Aznews.az