- Türkiyə
- 22 İyul 17:48
- 1 459
Hakan Fidan: İsrail Suriyanı parçalamaq istəyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan nazirlikdə El Salvadorun xarici işlər naziri Alexandra Hill Tinoko ilə görüşüb. Hər iki nazir görüşdən sonra birgə mətbuat konfransında bəyanatlar veriblər.
Nazir Fidan türk şirkətlərinin Salvadorda əhəmiyyətli sərmayələri olduğunu, iki ölkənin əlaqələri inkişaf etdirmək istədiklərini, həmkarı ilə müdafiə sənayesində potensial əməkdaşlığı da müzakirə etdiklərini bildirib.
Fidan İstanbulun bu həftə sıx diplomatik fəaliyyət göstərəcəyini qeyd edərək, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına ev sahibliyi etməyi ümid etdiklərini qeyd edib. Nazir Fidan həmçinin qeyd edib ki, İstanbul cümə günü İran və üç Avropa ölkəsi arasında nüvə müzakirələrinə ev sahibliyi edəcək.
Çıxışında İsrailin Qəzzaya hücumlarına da toxunan Fidan, "İsrailin soyqırım siyasətlərini dayandırmaq artıq bütün insanlığın borcuna çevrilib" deyib.
İsrailin Suriyada qeyri-sabitlik yaratmaq istədiyini bildirən XİN rəhbəri, “Son 7 ayda region dövlətləri, eləcə də ABŞ və Avropa ölkələri Suriya xalqına dəstək üçün konstruktiv yanaşma nümayiş etdiriblər”,-deyə qeyd edib
Fidan sözlərinə belə davam etdi: "İsrail isə Suriyada sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün bütün bu cəhdləri sabotaj etmək istəyir. Açıq və birmənalı şəkildə bəyan edilməli bir həqiqət var: qonşuluğunda sabit bir ölkə görmək istəməyən İsrail Suriyanı parçalamağı hədəfləyir. Netanyahunun maraqları isə Yaxın Şərqdə yatır, amma biz regional xaosa imkan verməyəcəyik".
Mövsüm,
AzNews.az