- Türkiyə
- 23 İyul 16:59
- 1 448
Türkiyə Eurofighter təyyarələrinin alınması ilə bağlı ilkin müqavilə imzalayıb

Ankara və London Türkiyə Hərbi Hava Qüvvələri üçün "Eurofighter Typhoon" qırıcılarının alınmasına dair anlaşma memorandumu imzalayıblar.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin saytında məlumat verilib .
Türkiyənin müdafiə naziri Yaşar Gülərin bəyanatında deyilir: “Hörmətli həmkarımla imzaladığımız anlaşma memorandumu bizi Eurofighter Typhoon döyüş təyyarəsi ilə bağlı tam miqyaslı razılaşmaya bir addım yaxınlaşdırır”.
Hürriyət qəzeti qeyd edib ki, Ankara 40-a qədər qırıcı almaq niyyətindədir.
Mövsüm,
AzNews.az