- Türkiyə
- 7 Sentyabr 2025 15:37
- 10 893
Türkiyənin qərbində güclü zəlzələ baş verib
Türkiyənin qərbində 5,0 bal gücündə zəlzələ baş verib.
"Aznews.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri 238 min insanın yaşadığı Balıkesir vilayətindən 58 km cənub-şərqdə, ocağı isə 8 km dərinlikdə yerləşib.
İtkilər və dağıntılar barədə məlumat yoxdur.