- Türkiyə
- 12:00
- 1 392
Türkiyə XİN Anım Günü münasibətilə paylaşım edib

Türkiyə Xarici İşlər Nazirliyi 27 sentyabr - Anım Günü münasibətilə paylaşım edib.
Az2 xəbər verir ki, paylaşımda deyilir:
“27 sentyabr – Anım Günü münasibətilə Qarabağ uğrunda canından keçmiş Azərbaycanın qəhrəman övladlarının xatirəsini rəhmətlə yad edirik. Davamlı sülhün təmin edilməsi üçün atılan tarixi addımların bu fədakarlıqların mirası kimi bölgəmizdə sabitlik və rifahı təmin edəcəyinə inanırıq. “Tək millət, İki dövlət” şüarı ilə şəhidlərimizin müqəddəs mirası daima qəlbimizdə yaşayacaq”.
27 Eylül Şehitleri Anma Günü vesilesiyle, Karabağ uğruna can veren kahraman Azerbaycan evlatlarını rahmet ve minnetle yâd ediyoruz. Kalıcı barışın sağlanması yolunda atılan tarihi adımların bu fedakârlıkların mirası üzerinde bölgemizde huzur ve refahı temin edeceğine inanıyoruz.…
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) September 27, 2025