CHP sədri Özgür Özel və daha 11 deputatın toxunulmazlıq işi TBMM-ə göndərilib

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel və daha 11 deputatın toxunulmazlıq işi Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Aznews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özgür Özel, Türkiyə İşçi Partiyasının sədri Erkan Baş, CHP-nin fraksiya sədr müavinləri Ali Mahir Başarır və Murat Emir də daxil olmaqla, 12 deputata qarşı 18 toxunulmazlıq işi parlamentin Rəyasət Heyətinə təqdim edilib.

Müvafiq sənədlər aidiyyəti komissiyaya həvalə edilib.

Özgür Özelə aid 7 ayrı toxunulmazlıq işinin olduğu bildirilir.