- Türkiyə
- 15:36
- 1 847
Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib.
Aznews.az xəbər verir ki, paylaşımda deyilir:
“Qarabağın 30 illik işğalına son qoyan möhtəşəm və misilsiz bir qələbənin 5-ci ildönümündə, Vətən müharibəsində şəhid olan bütün qəhrəmanlarımızı – Azərbaycanın igid övladlarını rəhmətlə yad edirəm. Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm”.
Aznews.az