- Türkiyə
- 4 Yanvar 18:09
- 4 898
ABŞ Maduronu Türkiyəyə sürgün etmək istəyirmiş
ABŞ-ın keçmiş prezidenti Donald Trump administrasiyası 2025-ci ilin dekabrında Venesuela prezidenti Nicolas Maduroya məxfi təklif verib.
AzNews.az Euronews-a istinadən xəbər verir ki, ABŞ Maduroya “vəzifəni tərk et və Türkiyəyə sığın” mesajı verib, amma Maduro bu təklifi rədd edib. Nəticədə ABŞ əməliyyat keçirərək onu həbs edərək Nyu Yorka aparıb.
ABŞ rəsmisi Marko Rubio açıqlayıb ki, Maduroya həbs olunmamaq üçün bir neçə “ciddi imkan” təqdim olunub, amma o, razılaşmayıb. ABŞ medyasında iddia olunur ki, təklifin ən vacib variantlarından biri Türkiyəyə sürgün olub.
Bu barədə yayılan məlumatlarda qeyd olunur ki, Türkiyə ilə Maduro arasında uzun illərdən bəri iqtisadi və strateji əlaqələr mövcuddur. Maduro uzun müddətdir Türkiyəyə qızıl göndərir, ailəsi və yaxın çevrəsi burada kifayət qədər servətə və əlaqələrə malikdir. Bu səbəbdən ABŞ mənbələri Türkiyəni Maduro üçün daha “təhlükəsiz sığınacaq” hesab edirmiş.
Ağ Ev məsələyə şərh verməyib, Venesuela hökuməti isə Maduronun sürgün planını dəfələrlə təkzib edib.
AzNews.az