- Türkiyə
- 00:00
- 5 583
Ankarada UFO təşvişi: Bu görüntülər hər kəsi təəccübləndirdi - FOTO
Ankaranın Güdül rayonuna bağlı Adalıkuzu kəndinin sakinləri Okan Kılıç və dostu Orhan Öztürk 8 noyabr 2025-ci il axşam saatlarında səmada sarı rəngdə və nizamlı şəkildə hərəkət edən işıqlar gördüklərini iddia ediblər.
AzNews.az DHA-a istinadən xəbər verir ki, Okan Kılıç mobil telefonla çəkdiyi görüntülərdəki cismin peyk və ya dron olmadığını bildirib.

Onun sözlərinə görə, hadisə axşam saat 21:00 radələrində, dağın üzərindən görünən sarı işıqlarla başlayıb. Dürbünlə müşahidə zamanı cismin üfüqi müstəvidən çıxaraq sağ istiqamətə doğru hərəkət etdiyini görüb. Kılıç iddia edib ki, cismin üzərində 8–9 işıq olub və təxminən 100 metr diametrə malikdir. O, müşahidə etdikləri obyektin Starlink, peyk və ya hər hansı İHA/SİHA olmadığını, bunun UFO ola biləcəyini düşündüyünü deyib.
AzNews.az