- Türkiyə
- 7 Yanvar 11:27
- 1 976
Türkiyədə səhm bazarında manipulyasiya iddiası ilə 15 nəfər saxlanılıb
Türkiyəndə səhm bazarında manipulyasiya aparılması iddiası ilə başladılan istintaq çərçivəsində 15 nəfər saxlanılıb.
Aznews.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
Bildirilib ki, əməliyyat İstanbulla yanaşı, paytaxt Ankara, Qaziantep, Burdur, Aydın və Adana şəhərlərində həyata keçirilib.
İstintaq tədbirləri Türkiyə İnvestisiya Bazarları Təşkilatının şikayətləri əsasında başladılıb. Məlum olub ki, şirkətlərdən birinin adına açılmış sosial media hesabları üzərindən səhm bazarında manipulyasiya cəhdləri olub.
İstintaq çərçivəsində saxlanılan şəxslərə cinayət törətmək məqsədilə təşkilat yaratmaq və məlumat əsaslı bazar fırıldağı ittihamları irəli sürülüb.