- Türkiyə
- 9 Yanvar 19:43
- 2 256
Türkiyə narahatdır: Bir kənddə quduzluq yayılıb
Türkiyənin Bitlis vilayətinin Adilcevaz rayonuna bağlı Kömürlü kəndində quduz xəstəliyi aşkarlanıb. Vəhşi heyvanın dişlədiyi itdən götürülən nümunədə quduz təsdiqləndikdən sonra kənddə karantin rejimi tətbiq olunub.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, kəndə giriş-çıxış qadağan edilib, bu barədə girişə xəbərdaredici lövhə yerləşdirilib.
Profilaktik tədbir olaraq ətrafdakı 6 kənd və 2 məhəllədə də canlı heyvanların hərəkətinə məhdudiyyət qoyulub. Aidiyyəti qurumlar ərazidə nəzarət və müşahidə işlərini davam etdirir. Vətəndaşlara şübhəli hallarla bağlı dərhal məlumat vermək tövsiyə olunub.
AzNews.az