- Türkiyə
- 11:43
- 1 396
Korrupsiyaya qarşı əməliyyat: 15 nəfər saxlanıldı
Türkiyənin Antalya Respublika Baş Prokurorluğu tərəfindən başlanmış rüşvət və korrupsiya ilə bağlı istintaq çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsinin (Antalya meriyasının) tabeliyində olan qurumlarda - Antalya Su və Çirkab Sular Baş İdarəsi (ASAT) və “Altyapı İdarəetmə Məsləhət Xidmətləri Sənaye və Ticarət A.Ş” (ALDAŞ)-da əməliyyat keçirilib.
Aznews.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Məlumata əsasən, əməliyyatın gedişindən ASAT-ın keçmiş baş direktoru İbrahim K, ASAT-ın şöbə müdirlərindən Bekir K. Və Necdet E. daxil olmaqla ümumilikdə 15 nəfər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Eyni zamanda şübhəlilərin evlərində aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal materiallar və sənədlər müsadirə olunub.
Xatırladaq ki, Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek və onun oğlu Gökhan Böcek ötən il rüşvət istintaqı çərçivəsində həbs edilmişdi.