Beren Saat və həyat yoldaşı Kənan Doğulu sərbəst buraxıldı

İstanbulda narkotik istifadəsinə görə saxlanılan tanınmış müğənni Kənan Doğulu, həyat yoldaşı Beren Saat sərbəst buraxılıb.

Aznews.az "TRT haber"ə istinadən xəbər verir ki, ötən gün narkotik ittihamı ilə saxlanılan, aralarında tanınmış şəxslər olan 23 nəfər məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə şübhəli Tolga Çam, Murat Saygı, Enis Ahmet Onat, Emre Tari, Hasan Vatan, Reyhan Küçükyeğen, Mehmet Yıldız, Tessi Ramos Korreia ve Rafet Eren Yorulmazerin barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlardan Kənan Doğulu, həyat yoldaşı aktrisa Beren Saat, qardaşı Ozan Doğulu, müğənnilər - Berdan Mardini ilə Yaşar İpek və digərləri müəyyən müayinələrdən sonra sərbəst buraxılıblar.

Xatırladaq ki, Türkiyədə ötən gün narkotik istintaqı çərçivəsində 22 nəfər saxlanılıb. Onlar arasında müğənni Kənan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat, müğənni Kerimcan Durmaz, Berdan Mardini və Enis Arıkan da istintaqa cəlb edilib.

Aznews.az