Bolqarıstanda yanacaqdoldurma məntəqəsində məntəqənin meneceri ilə müştəri arasında mübahisə yaşanıb. Bolqarıstanda yanacaqdoldurma məntəqəsində məntəqənin meneceri ilə müştəri arasında mübahisə yaşanıb.

Siqareti söndürməkdən imtina edən şəxsə qeyri-adi cəza verdi – Video

Bolqarıstanda yanacaqdoldurma məntəqəsində məntəqənin meneceri ilə müştəri arasında mübahisə yaşanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, menecer siqaret çəkən şəxsdən siqareti söndürməsini tələb edib.

Lakin sonuncu bundan imtina edib. Menecer bir neçə dəfə yanacaqdoldurma məntəqəsində siqaretin qadağan olunması barədə xəbərdarlıq etsə də, gənc buna məhəl qoymayıb.

Nəhayət, menecer gəncin əlindəki siqareti yanğınsöndürmə balonu ilə söndürməyə qərara verib.

Bəxtiyar Abbasov

AzNews.az