Bu məlumatı ABŞ mətbuatı yayıb. Bu məlumatı ABŞ mətbuatı yayıb.
  • Qərb
  • 14 Noyabr 2018 16:51
  •  1 391

Tramp “Dəli ərəb”i Ər-Riyada səfir göndərir

Bu məlumatı ABŞ mətbuatı yayıb.

ABŞ Prezidenti Donald Tramp ehtiyatda olan ərəb əsilli general Con Əbizeydi ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfiri vəzifəsinə irəli sürüb.

Bu məlumatı ABŞ mətbuatı yayıb. Əbizeydin bu vəzifəyə təyinatı üçün onun namizədliyini ABŞ Senatı təsdiqləməlidir.

Qeyd edək ki, Əbizeyd 2003-2007-ci illərdə İraq və Əfqanıstandakı əməliyyatlara rəhbərlik edib. 67 yaşlı Əbizeyd əslən livanlı xristiandır. O, ərəb dilini İordaniyada keçdiyi xüsusi kurs zamanı öyrənib. Şərqşünaslıq təhsili alan Əbizeydin dissertasiyası Səudiyyə Ərəbistanının silahlanma sahəsindəki siyasəti haqqında olub. Onun ABŞ ordusunda “Dəli ərəb” ləqəbi ilə məşhur olduğu vurğulanıb.(axar.az)

© AzNews.az