Hər iki ölkədən 50 deputat ildə iki dəfə birgə iclaslar keçirəcəklər. Hər iki ölkədən 50 deputat ildə iki dəfə birgə iclaslar keçirəcəklər.
  • Qərb
  • 15 Noyabr 2018 17:57
  •  1 499

Berlin və Paris iki ölkənin birgə məclisini yaradır

Hər iki ölkədən 50 deputat ildə iki dəfə birgə iclaslar keçirəcəklər.

Almaniya və Fransa deputatlarının parlament məclisi gələn ildən fəaliyyətə başlayacaq.

Bu barədə Almaniya Bundestaqının sədri Volfqanq Şoyble Fransa Milli Məclisinin başçısı Rişar Ferranla Parisdə keçirilən görüşdən sonra bildirib.

Hər iki ölkədən 50 deputat ildə iki dəfə birgə iclaslar keçirəcəklər. Nümayəndə heyətinin tərkibindəki yerlər Bundestaqda və Fransa Milli Məclisində fraksiyaların nümayəndəlikləri arasında proporsional surətdə bölüşdürüləcək. Şoyblenin fikrincə, alman və fransız parlamentarilərin müntəzəm görüşləri onlara bir çox mübahisəli məsələlərdə - məsələn, Fransa Prezidenti Emmanuel Makron və AFR kansleri Angela Merkelin müdafiə etdikləri ümumavropa ordusunun yaranması kimi problemlərin həllində təmas nöqtəsi tapmağa imkan yaradacaq.

Alman-fransız parlamentarilər qrupunun rəhbəri, Bundestaqın deputatı Andreas Yunq AFP agentliyinə müsahibəsində bəyan edib ki, yeni qurumda müzakirə ediləcək məsələlərdən biri Fessenxaym Atom Elektrik Stansiyasının gələcəyi olmalıdır. AFR hakimiyyət orqanları iki ölkənin sərhədində yerləşən köhnə fransız AES-in bağlanmasını çoxdan təkid edirlər. Fransa tərəfi isə iş yerlərinin itirilməsindən ehtiyat edərək, məsələni uzadır.

Gözlənilir ki, parlament məclisinin yaradılması haqqında saziş 2019-cu il yanvarın 22-də - AFR və Fransa arasında müttəfiqlik münasibətlərinin əsasını təşkil edən Yelisey Müqaviləsinin 56-cı ildönümündə təntənəli şəkildə imzalanacaq. Həmin gün, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə Berlin ilə Paris arasında yeni sazişin imzalanması nəzərdə tutulur.(AZƏRTAC)

© AzNews.az