• Qərb
  • 30 Noyabr 2018 13:57
  •  869

Trampın naziri ildə 60 milyon dollar pul qazandı

ABŞ təhsil naziri Betsi Devos 2017-ci ildə 60 milyon dollar pul qazanıb.

Bununla bağlı məlumat nüfuzlu "Politico" saytında verilib.

Betsi Devosun həmin göstərici ilə prezident administrasiyasında olan bütün vəzifəliləri geridə qoyduğu bildirilir.

Ümumilikdə Donald Trampın kabinetinə daxil olan ən varlı nazirlər həmin il 150 milyon dollardan çox pul qazanıblar.

Betsi Devosdan başqa, ABŞ ticarət naziri Uilbur Rossun 47 milyon dollar gəlir əldə etdiyi məlum olub.

Maliyyə naziri Stiven Mnuçin isə 41,6 milyon dollarlıq qazancı ilə 3-cü sırada yer alıb.

Картинки по запросу deVos mnuchin ross

Stiven Mnuçin və Uilbur Ross

Qeyd olunur ki, hər üç nazir dövlət vəzifəsinə keçməzdən öncə özəl sektorda mühüm yer tutan iş adamları olublar.

Betsi Devos amerikalı milyarder Edqar Prinsin qızıdır. O, özü kimi milyarder sayılan Riçard Devosla evlidir.

Nazir olmazdan qabaq Betsi Devos əri ilə birlikdə “Windquest Group” investisiya şirkətini qurub və onun direktorlar şurasının sədri vəzifəsini daşıyıb.

Ticarət naziri, sərmayə biznesində zənginləşən Uilbur Ross da adı “Forbes”a düşən milyarderlərdən sayılır. Onun sərvətinin 2,9 milyard dollar olduğu bilinir.

Stiven Mnuçin kino sənayesində daha çox ad çıxarıb. ABŞ-ın maliyyə nazirinin Hollividda istehal edilən iri büdcəli kinofilmlərin prodüseri kimi fəaliyyət göstərdiyi məlumdur.

Bu ilin oktyabr ayında isə “Forbes” jurnalı prezident Donald Trampın sərvətinin 3,1 milyard dollara düşdüyünü xəbər verib. Bu səbəbdən Ağ Evin sahibi jurnalın ABŞ-ın ən varlı adamları üçün tərtib etdiyi 400 adam arasında 131-ci sıraya düşüb.(musavat.com)

© AzNews.az