Yunanıstanda qarlı və şaxtalı hava 3 nəfərin ölümünə səbəb olub. Yunanıstanda qarlı və şaxtalı hava 3 nəfərin ölümünə səbəb olub.
  • Qərb
  • 8 Yanvar 2019 10:54
  •  1 629

Yunanıstanda 3 nəfər donaraq öldü

Yunanıstanda qarlı və şaxtalı hava 3 nəfərin ölümünə səbəb olub.

RİA "Novosti” xəbər verir ki, ötən gecə ölkə paytaxtı Afinaya güclü qar yağıb.

Ötən ilin dekabrından Yunanıstanda əlverişsiz hava şəraiti hökm sürür. Nəticədə 3 nəfər ölüb.

Hidrometeoroloqlar soyuq hava şəraitinin yanvarın 9-10-dək davam edəcəyini bildiriblər.

Yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə 3,5 tondan ağır avtomobillərin yollara çıxması qadağan edilib.

Kəskin hava şəraitinə görə yanvarın 8-də paytaxt Afinanın Attika rayonunda məktəblər bağlanıb.(report.az)

© AzNews.az