Antoni Zinni "CBS News" kanalına müsahibə verib. Antoni Zinni "CBS News" kanalına müsahibə verib.
  • Qərb
  • 9 Yanvar 2019 00:53
  •  1 908

Qətər böhranı ilə məşğul olan ABŞ generalı işdən çıxdı - İstefalar davam edir

Antoni Zinni "CBS News" kanalına müsahibə verib.

ABŞ-ın dövlət katibliyində xüsusi nümayəndə olaraq çalışan və körfəz ölkələrinin Qətərə tətbiq etdiyi mühasirəyə görə yaranan böhran üzərində işləyən Antoni Zinni istefa verdiyini açıqlayıb.

AzNews.az xəbər verir ki, Zinni ABŞ-dakı "CBS News" kanalına verdiyi müsahibəsində dövlət katibliyindəki vəzifəsindən ayrıldığını deyib.

O, istefa səbəbi kimi Tramp hakimiyyətinin körfəz ölkələrinin də iştirakı ilə yaradılması planlaşdırılan "Ərəb NATO"su olaraq bilinən Orta Şərq Strateji İttifaqında yer almaq istəməməsini göstərib.

ABŞ dövlət katibliyinin sözçüsünün köməkçisi Robert Palladino "General Zinniyə dövlət katibliyindəki işlərinə və ölkəmizə etdiyi xidmətinə görə minnətdarıq" deyib.

Qeyd edək ki, Zinni ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson və keçmiş müdafiə naziri Cim Mattisin istəyi ilə 2017-ci ildə xüsusi nümayəndə kimi dövlət katibliyində vəzifəsinə başlayıb.

Tillerson ABŞ prezidenti Tramp tərəfindən vəzifədən uzaqlaşdırılıb, Mattis isə Trampın Suriyadan çəkilməsi qərarından sonra istefa verib.

Pərvanə Ağazadə

AzNews.az

image description