• Qərb
  • 11 Yanvar 2019 14:43
  •  464

Yəhudilərin nasist qatili 95 yaşında öldü

Ötən il ABŞ-dan Almaniyaya ekstradisiya olunan keçmiş nasist düşərgəsinin mühafizəçisi, onlarla əlbir olmaqda ittiham olunan 95 yaşlı Yakiv Paliy adlı şəxs dünyasını dəyişib.

Bu barədə “BBC” məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, Birləşmiş Ştatlara 1949-cu ildə gəlib və nasistlərlə əlaqələri barədə yalan danışaraq 1957-ci ildə dələduzluq yolu ilə vətəndaşlıq alıb.

Yakiv Paliy keçmişi barədə həqiqəti gizlədə bilib. Qeyd edib ki, müharibə dövründə işğal olunmuş Polşada bir ağac emalatxanasında, sonra isə Almaniyada bir fermada və mebel fabrikində çalışıb.

Ancaq sonradan məlum olub Y.Paliy “Travniki” düşərgəsinin ən qəddar təhlükəsizlik əməkdaşlarından olub.

Müharibə dövründə bu qanlı düşərgədə minlərlə yəhudi, o cümlədən uşaqlar öldürülüb.

ABŞ hakimiyyəti bildirib ki, Paliy yəhudilərin qətlində “mühüm rol”u ilə seçilirmiş.(teleqraf.com)

© AzNews.az