O, Almaniyada belə yüksək dövlət vəzifəsinə təyin olunan ilk mühacirdir. O, Almaniyada belə yüksək dövlət vəzifəsinə təyin olunan ilk mühacirdir.
  • Qərb
  • 22 Yanvar 2019 12:59
  •  2 240

Almaniyada türkə yüksək vəzifə verildi

O, Almaniyada belə yüksək dövlət vəzifəsinə təyin olunan ilk mühacirdir.

Almaniya Konstitusiyasının Müdafiə Federal Xidməti Daxili Xüsusi Xidmət İdarəsinin rəis müavini vəzifəsinə Türkiyədə anadan olmuş Sinan Selen təyin edilib.

“THMHaber” xəbər verir ki, təşkilatda ikinci şəxs olan Sinan Selen yanvarın 22-dən rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Qurumun rəisi Tomas Haldenvegdir.

Qeyd edək ki, Almaniya Konstitusiyasını Müdafiə Federal Xidmətinin Daxili Xüsusi Xidmət İdarəsi 1950-ci ildə yaradılıb. Parlamentin Nəzarət komitəsinin nəzarəti altında fəaliyyət göstərir. 2005-ci ildə qurumun 2448 əməkdaşı, 137 milyon avro büdcəsi olub. Bu qurum Almaniya Federativ Respublikasının əks-kəşfiyyat fəaliyyətini həyata keçirir.

Sinan Selen Türkiyənin İstanbul şəhərində anadan olub.

Köln Universitetində hüquq təhsili alan Sinan Selen 2000-ci ildən polis bölmələrində işə başlayıb. 2016-cı ildə Federal Daxili İşlər Nazirliyi Beynəlxalq Terrorizmə qarşı Mübarizə İdarəsinin rəsisi təyin olunub.

O, Almaniyada belə yüksək dövlət vəzifəsinə təyin olunan ilk mühacirdir.(report.az)

© AzNews.az