ABŞ hakimiyyətinin Moskvaya verdiyi vaxt bu gün bitir ABŞ hakimiyyətinin Moskvaya verdiyi vaxt bu gün bitir
  • Qərb
  • 1 Fevral 2019 09:41
  •  3 720

ABŞ nüvə razılaşmasından çəkilə bilər - Moskvaya verilmiş vaxt bitdi

ABŞ hakimiyyətinin Moskvaya verdiyi vaxt bu gün bitir

ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun bu gün ölkəsinin "Orta Mənzilli Nüvə Qüvvələri" müqaviləsindən çəkildiyini açıqlayacağı iddia edilib.

AzNews.az xəbər verir ki, Amerika mediasında verilən xəbərlərə görə Pompeonun cümə günü səhər saatlarında verəcəyi açıqlamanın "Orta Mənzilli Nüvvə Qüvvələri" müqaviləsi ilə bağlı olacaq.

Avropanın təhlükəsizliyi baxımından həyati dərəcədə vacib olan və 1987-ci ildə ABŞ ilə Rusiya arasında imzalanan razılaşma ilə əlaqəli olaraq son vaxtlar iki ölkə arasında qarşılıqlı mübahisələr olub.

Xatırladaq ki, Pompeo 2018-ci ilin dekabrında Brukseldə NATO xarici işlər nazirlərinin iclasında Rusiyaya müqaviləyə əməl etməsi üçün 60 gün müddət verdiyini açıqlayıb. ABŞ hakimiyyətinin Moskvaya verdiyi vaxt bu gün bitir.

ABŞ ilə Rusiya arasında 1987-ci ildə imzalanan "Orta Mənzilli Nüvə Qüvvələri" müqaviləsinin ləğv ediləcəyi təqdirdə silahlanma yarışının sürətlənəcəyi və bu yarışın Avropanın təhlükəsizliyini təhdid edəcəyi bildirilir.

ABŞ müqavilədən ayrıldığını açıqlayandan sonra 6 ay müddətinə razılaşmanı tamamilə tərk etmiş olacaq.

Orta Mənzilli Nüvə Qüvvələri razılaşması

1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ prezidenti Mixail Qorbaçov arasında imzalanan müqavilə mənzili 500 ilə 5 min 500 kilometr arasında olan, qurudan havaya atıla bilən orta mənzilli raketlərin qadağan edilməsini nəzərdə tutur. Müqavilə dənizdən atılan raketləri əhatə etmir.

Nüvə müharibəsi təhdidini aradan qaldıran müqavilə çərçivəsində 4 ildə təxminən 2 min 700 raket zərərsizləşdirilib.

Müqavilə nüvə silahlı raketləri 30 ildən çoxdur Avropa torpaqlarından uzaq tutur.

Pərvanə Ağazadə

AzNews.az