Qərara əməl etməyənlərə qarşı cəza tədbirləri də sərtləşdirilib. Qərara əməl etməyənlərə qarşı cəza tədbirləri də sərtləşdirilib.
  • Qərb
  • 1 Mart 2019 17:28
  •  15 532

Bu ölkədə Bozqurd işarəsi qadağan edildi

Qərara əməl etməyənlərə qarşı cəza tədbirləri də sərtləşdirilib.

Avstriyada Bozqurd işarəsi daxil olmaqla bir sıra qruplara məxsus simvollardan istifadə qadağan olunub.

2018-ci ilin dekabrında parlamentin qəbul etdiyi qərar bu gündən qüvvəyə minib.

2015-ci ildə İŞİD, Əl-Qaidə kimi terror təşkilatlarının təbliğatının qarşısını almaq məqsədilə həyata keçirilən simvol qadağası Müsəlman Qardaşları, Həmas, Hizbullahın hərbi qanadı Ustaşa, PKK terror təşkilatına da şamil edilib.

Qərara əməl etməyənlərə qarşı cəza tədbirləri də sərtləşdirilib. Qanunu pozanlar 4 min avroya qədər və ya 1 ay həbs cəzasına məhkum olunacaq.

Qeyd edək ki, Avstriyanın son qərarına Türkiyə sərt reaksiya verərək Milliyyətçi Hərəkat Partiyası və ülkücü ocaqların istifadə etdiyi Bozqurd işarəsinin yasaqlanaraq PKK terror təşkilatı ilə eyni cərgəyə qoyulmasını tənqid edib.(teleqraf.com)

AzNews.az