İspaniya parlamentinə 359 deputat seçilib İspaniya parlamentinə 359 deputat seçilib
  • Qərb
  • 29 Aprel 2019 10:59
  •  2 296

İspaniyada heç bir partiya qalib gəlmədi - Son durum

İspaniya parlamentinə 359 deputat seçilib

İspaniyada bazar günü keçirilən erkən parlament seçkilərində Sosialist Əmək Partiyası qələbə əldə etsə də, təkbaşına hökumət qura bilməyəcək.

Bu seçkilərdə ilk dəfə iştirak edən radikal sağçı Voks Partiyası isə ispan parlamentində 24 deputat yeri əldə edib.

Son 4 ildə 3 dəfə parlament seçkiləri keçirilən İspaniyada Sosialist Əmək Partiyası parlamentdə 123 deputat yeri qazanıb.

Qeyd edək ki, İspaniya parlamentinə 359 deputat seçilib.

Seçkilərdə Xalq Partiyası 65, Vətəndaşlar Partiyası 57, sol partiyalar isə 42 mandat əldə edib.

Hazırda Sosialist Əmək Partiyasının yeni hökumət qurması üçün Kataloniya partiyalarına və bask millətçilərinə ehtiyacı var.(teleqraf.com)

AzNews.az