Səsvermənin deputatların yay istirahətinə çıxmasından əvvəl keçirilməsi planlaşdırılır Səsvermənin deputatların yay istirahətinə çıxmasından əvvəl keçirilməsi planlaşdırılır
  • Qərb
  • 15 May 2019 10:11
  •  2 174

Brexit razılaşması parlamentdə dördüncü dəfə səsverməyə çıxarılacaq

Səsvermənin deputatların yay istirahətinə çıxmasından əvvəl keçirilməsi planlaşdırılır

Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı ilə əldə etdiyi Brexit razılaşmasını dördüncü dəfə parlamentdə səsverməyə qoyacaq.

Baş nazir və müxalifət lideri Ceremi Korbin arasında keçirilən görüşdən sonra səsvermə olacağı açıqlanıb.

Səsvermənin deputatların yay istirahətinə çıxmasından əvvəl keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Brexit müqaviləsi 3 dəfə səsverməyə çıxarılsa da, parlament tərəfindən qəbul edilməyib.(AZƏRTAC)

AzNews.az