- Qərb
- 25 May 2019 20:31
- 2 742
ABŞ-da barda atışma: yaralılar var

ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində silahlı insident baş verib
Bu barədə NJ.com yerli polis rəsmilərinə istinadən məlumat yayıb. Barda baş vermiş atışma nəticəsində beşi qadın, beşi kişi olmaqla, 10 nəfər yaralanıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağırdır. İnsidentin təfərrüatı məlum deyil.