Qayıqdakı 19 miqrantın hamısı Tunis vətəndaşlarıdır Qayıqdakı 19 miqrantın hamısı Tunis vətəndaşlarıdır
  • Qərb
  • 10 İyul 2019 09:56
  •  2 360

Lampeduza adasına xeyli sayda miqrant gəlib

Qayıqdakı 19 miqrantın hamısı Tunis vətəndaşlarıdır

Son iki gün ərzində İtaliyanın Lampeduza adasında xeyli sayda miqrant gəlib.

İyulun 9-da sahildən təxminən bir mil aralıda içərisində miqrantların olduğu kiçik qayıq saxlanılıb. Qayıqdakı 19 miqrantın hamısı Tunis vətəndaşlarıdır. Onlar adadakı miqrant qəbulu mərkəzinə göndərilib. Daha 10 miqrant isə iyulun 8-də saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Alan Kurdi” xilasedici gəmisi ilə Maltaya gətirilən 65 miqrant Aİ-nin müxtəlif ölkələrinə paylanılacaq.(AZƏRTAC)

AzNews.az