Aksiya iyulun 20-də yerli vaxtla saat 13.00-da başlayacaq Aksiya iyulun 20-də yerli vaxtla saat 13.00-da başlayacaq
  • Qərb
  • 14 İyul 2019 11:39
  •  2 381

Almaniyada Qarabağ mitinqi keçiriləcək

Aksiya iyulun 20-də yerli vaxtla saat 13.00-da başlayacaq

Avropada yaşayan bir qrup soydaşımızın təşkilatçılığı ilə birləşmiş Millətlər Təşkilatının Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında yerli hakimiyyət orqanları ilə razılaşadırılmış etiraz aksiyasının, Qarabağ mitinqinin keçirilməsi nəzərdə tutulur.

Bu barədə Avropada yaşayan ağdamlıların təşkilat komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, aksiya Ağdamın işğalının növbəti ildönümü ilə bağlı iyulun 20-də, yerli vaxtla saat 13.00 -dan 15.00-dək keçiriləcək.

Aksiyanın təşkilatçıları əsasən Avropada yaşayan ağdamlılardır. Onlar müraciət edərək, bütün soydaşlarımızı, Qarabağsevərləri aksiyada fəal iştiraka dəvət edirlər.

Aksiya Platz der Vereinten Nationen 1, 53113 Bonn. ünvanında keçiriləcək. (Musavat.com)