• Qərb
  • 16 İyul 2019 16:51
  •  591

Litvada yeni hökumət qurulur

Prezident parlamentin razılığı ilə Baş naziri seçir

İyulun 17-də Litva Prezidenti Gitanas Nauseda parlamentə yeni hökumətin qurulması ilə bağlı təkliflərini irəli sürəcək.

Prezident hökumətə rəhbərlik etmək üçün hazırki Baş nazir Saulyus Skvernelisin namizədliyini irəli sürmək niyyətindədir. Ölkə Konstitusiyasına görə, Prezident parlamentin razılığı ilə Baş naziri seçir.

Qeyd edək ki, Saulyus Skvernelis sonuncu prezident seçkilərində namizədliyini irəli sürmüşdü və seçilməyəcəyi təqdirdə hazırki baş nazir postundan da istefa edəcəyini bildirmişdi. Lakin yeni seçilmiş Prezident Gitanas Nauseda ilə təkbətək görüşündən sonra o, vəzifəsinə davam edəcəyini açıqlamışdı.(AZƏRTAC)

AzNews.az