Cinayətkarların bir neçə bahalı saatı oğurladıqları bildirilir Cinayətkarların bir neçə bahalı saatı oğurladıqları bildirilir
  • Qərb
  • 20 İyul 2019 18:13
  •  1 952

Parisin ən böyük ticarət mərkəzinə basqın

Cinayətkarların bir neçə bahalı saatı oğurladıqları bildirilir

Maskalı şəxslər Parisin ən böyük “Galeries” ticarət mərkəzinə basqın edib.

"BFM" telekanalının saytı xəbər verir ki, Fransa paytaxtının Lafayett rayonunda yerləşən ticarət mərkəzinin mühafizəçiləri ilə əllərində soyuq silahlar olan quldurlar arasında əlbəyaxa dava düşüb. Mühafizə xidmətinin əməkdaşları quldurları ticarət mərkəzindən qova biliblər.

Cinayətkarların bir neçə bahalı saatı oğurladıqları bildirilir. Ticarət mərkəzinə dəyən ziyanın məbləği hələ dəqiqləşdirilməyib.

Basqında iştirak edənlərin heç birini yaxalamaq mümkün olmayıb. Paris prokurorluğu insidentlə bağlı təhqiqat aparır.(qafqazinfo.az)

AzNews.az