Görüş 1 saat 10 dəqiqə çəkib Görüş 1 saat 10 dəqiqə çəkib
  • Qərb
  • 24 İyul 2019 09:35
  •  4 583

Tramp Türkiyəyə görə senatorlarla görüşdü

Görüş 1 saat 10 dəqiqə çəkib

ABŞ prezidenti Donald Trampın Türkiyəyə sanksiyalar mövzusunda senatorlarla görüşü başa çatıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən görüş 1 saat 10 dəqiqə çəkib.

Trampın 45 Respublikaçı senatorla görüşdüyü deyilir. O, iclas zamanı Respublikaçı partiyanın qabaqcıl üzvləri - Lindzi Qraham, Tom Kotton, Miç Makkonel, Rand Paul, Marko Rubio, Ceyms Riş, Rik Skot kimi sanksiya barədə təzyiq göstərən senatorlarla da görüşüb.

Ağ Ev müxbirlərinin xəbərlərinə görə, görüş zamanı CAATSA proqramında (Amerikanın Düşmənlərinə Qarşı Sanskiyalar Yolu ilə Mübarizə Qanunu) Türkiyə ilə bağlı mümkün sanksiyalar dəyərləndirilib.

Görüşlə bağlı Ağ Evdən hər hansı açıqlama verilməyib.

İclasdan əvvəl 10 demokrat senator ABŞ prezidentinə məktub yazaraq “Qaydalara əməl etmək və Türkiyəyə sanksiya tətbiq etmək” barədə çağırış edib.

Xatırladaq ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) S-400 alışını əsas göstərərək Türkiyənin F-35 proqramından çıxarılması üçün proseslərin başladığını bildirib.

Pərvanə

AzNews.az